DÜNYA

İranın Xarici işlər nazirindən Amerikaya qarşı sərt bəyanat
10 İYUN
429

İranın Xarici işlər nazirindən Amerikaya qarşı sərt bəyanat

2019-06-10 09:25:00

İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif, Tahran rəhbərliyinin ABŞ-a ehtiyacı olmadığını və bu ölkə ilə əlaqə qurmağın arxasına düşmədiklərini deyib.Fins.az-ın məlumatına görə, Amerika Prezidenti Donald Trampın İrana tətbiq etdiyi sanksiyaları "iqtisadi terrorizm" olaraq xarakterizə edən Zərif, Vaşinqton rəhbərliyinin buna son verməsi lazım olduğunu qeyd edib. ABŞ-ın maksimum təzyiq siyasəti apardığını və müzakirəyə hazır olduğu istiqamətindəki açıqlamlarının da ictimaiyyət üzərindəki  təzyiqi artırmaq məqsədli olduğunu qeyd edən Zərif, "İranın ABŞ-a ehtiyacı yoxdur və bu ölkə ilə əlaqə qurmağın arxasında deyil. ABŞ-lılar İranın başqa ölkələrlə olan əlaqələrində problem yaratmasın  yetər" ifadələrini istifadə edib.

Zərif, İranın xarici siyasətdə qonşu ölkələrlə əlaqələrini inkişaf etdirməyə fokuslandığını və Prezident Həsən Ruhaninin bölgə ölkələrinə edəcəyi səfətlərin də bu əhatədə olacağını dilə gətirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır