DÜNYA

Putin: "OPEC+ sazişi ilə bağlı qərar qəbul edərkən bir sıra amillər nəzərə alınmalıdır"
07 İYUN
112

Putin: "OPEC+ sazişi ilə bağlı qərar qəbul edərkən bir sıra amillər nəzərə alınmalıdır"

2019-06-07 09:51:00

Rusiya Prezidenti Vladimir Putin OPEC+ sazişinin müddətinin uzadılması ilə bağlı rəsmi Moskvanın fikirlərini açıqlamayıb, amma əvəzində qərar qəbul edilərkən bir sıra amillərin nəzərə alınmasının vacibliyini vurğulayıb.

Fins.az  xəbər verir ki, o bunu beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşdə deyib.

"Bütün şərtləri, hər bir vəziyyəti - İranda, Venesuelada hasilatın azalmasını, Liviyada, Nigeriyadakı problemləri nəzərə almalıyıq. Eyni zamanda, yayda istehlakın artdığını da bilmək lazımdır", - deyə Putin söyləyib.

OPEC ölkələri və təşkilata daxil olmayan bir sıra başqa ölkələr (OPEC+) 2016-cı ilin sonunda neft hasilatının 2016-cı ilin oktyabr ayının göstəricisindən gündəlik 1,8 milyon barel azaldılmasına razı olublar. Daha sonra 2018-ci ilin iyun ayında - ABŞ-ın İrana qarşı sərt sanksiyalarının gözlənildiyi anda qiymətlərin qəfil yüksəlməsi ilə əlaqədar hasilatın gündəlik 1 milyon barel artırılması qərara alınıb. Lakin ABŞ-ın İran neftinin alıcıları üçün gözlənilməz geniş istisnalarından sonra alyans hasilatın azaldılması sazişinə geri dönüb - bu, 2019-cu ilin birinci yarısı üçün 2018-ci ilin oktyabr ayının səviyyəsindən 1,2 milyon barel az olaraq nəzərdə tutulub. İyunda Vyanada OPEC və OPEC+ ölkələrinin nazirlər iclası keçiriləcək və dövlətlər sazişin gələcək perspektivlərini müəyyənləşdirəcək.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır