DÜNYA

Partuqaliya böhrandan necə çıxdı?
17 APREL
113

Partuqaliya böhrandan necə çıxdı?

2019-04-17 16:20:00

Fins.az-ın məlumatına görə, Portuqaliya, Avrozonadakı borc böhranının xüsusilə təsirləndiyi ölkələrdən biri idi. Ancaq son üç ildə Baş nazir Antonio Koştanın hökuməti vəziyyəti düzəltməyə müvəffəq olub . Ölkə iqtisadi böyümə baxımından  avrozonada liderlik edir eyni zamanda işsizlik səviyyəsi 6,7%-ə qədər aşağı düşüb. Son  45 ildən çox müddətdə büdcə kəsiri bu il ilk dəfə sıfır ola bilər. Baş nazir Kostanın sözlərinə  görə, qənaət siyasətinin dayandırılması sayəsində bu uğurlar əldə edilib.Portuqaliyab avrozonanın digər ölkələrinə bu sahədə nümunə ola bilər. Böhran yaşayan İtaliya, Avropa Komissiyası ilə büdcə kəsirinin miqdarı ilə bağlı mübahisə etməyə davam edir. Yunanıstanda "Syriza" partiyası kəmər sıxma tədbirlərinə qarşı çıxaraq  hakimiyyətə gəldi , amma yenə də həmin tədbirlərdən bir çoxunu tətbiq etmək məcburiyyətində qaldı.

 Müəllif:Aynur Qəniyeva 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266