DÜNYA

Dünya üzrə aparılan pul köçürmələrinin həcmində artım müşahidə olunur
10 APREL
122

Dünya üzrə aparılan pul köçürmələrinin həcmində artım müşahidə olunur

2019-04-10 12:53:00

Ötən il aşağı və orta gəlirli ölkələrə edilən pul köçürmələrinin həcmi rekord səviyyəyə çatıb.Fins.az xəbər verir ki,Dünya Bankının dərc etdiyi araşdırmaya  verdiyi məlumata görə, miqrantlar tərəfindən aparılan pul köçürmələrinin həcmi ötən il 529 mlrd. ABŞ dolları səviyyəsində olub ki, bu da 2017-ci ilin göstəricisini (483 mlrd. dollar) 9,5% üstələyir.Bu il pul köçürmələrinin həcmi 550 mlrd. dollara çatması gözlənilir ki, bu da aşağı və orta gəlirli ölkələr üçün ən böyük xarici maliyyələşmə mənbəyi olacaq.Dünyada, o cümlədən yüksək gəlirli ölkələrə daxil olan pul köçürmələrinin ümumi məbləği 2018-ci ildə 689 mlrd. dollara çatıb. Bu göstərici 2017-ci ildə 633 mlrd. dollar təşkil edib.

Dünya Bankının tədqiqatında qeyd olunub ki, iqtisadi fəaliyyətdə davamlı artım pul köçürmələrinin əsas mənbəyi olan Polşa, Rusiya, İspaniya və ABŞ-dan edilən pul köçürmələrinin artmasına gətirib çıxarıb.

Bölgədəki köçürmələrin ən böyük alıcısı Ukraynadır. 2018-ci ildə bu ölkəyə edilən pul köçürmələrinin həcmi 2017-ci illə müqayisədə 19% artaraq rekord həddə – 14 mlrd. dollara çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264