DÜNYA

Yüksək rütbəli Amerika məmurları türk hökümətini hədələyir
10 APREL
135

Yüksək rütbəli Amerika məmurları türk hökümətini hədələyir

2019-04-10 12:47:00

Fins.az-ın “The New York Times”-a istinadən verdiyi məlumata görə, ilin sonunadək Türkiyənin ya müasir “F-35” qırıcıları, ya da Rusiyanın “S-400” zenit-raket kompleksləri olacaq, ancaq onun hər ikisini alması mümkün olmayacaq.Belə ki, Amerika konqressininj senatorları Senatorlar Ceyms İnhof (James Inhofe), Cek Rid (Jack Reed), Cim Riş (Jim Risch) və Bob Menendez (Bob Menendez) prezident Rəcəb Tayyip Ərdoğanın edəcəyi seçim Türkiyəyə, onun dünyadakı yerinə, ABŞ ilə münasibətlərinə və NATO-dakı vəziyyətinə böyük təsir göstərəcək.

“F-35” qırıcılarının istehsal proqramı beşinci nəsil qırıcıların yaradılması üzrə dünyanın ən böyük proqramıdır. Türkiyə də daxil olmaqla bir çox xarici tərəfdaş, həmçinin alıcılar bu layihəyə bir trilyon dollardan çox vəsait investisiya edib. ABŞ və müttəfiqlərinin səmada hərbi üstünlüyünü qoruyub saxlaması bir çox cəhətdən bu proqramdan asılı olacaq.

2017-ci ilin iyulunda Türkiyə Rusiyadan “S-400” zenit-raket komplekslərini alacağını elan edib. “S-400” az nəzərə çarpan “Stealth” texnologiyası üzərində üstünülük əldə etməyə çalışan, bu gün Rusiyada istehsal edilən ən qabaqcıl sistemdir. Və bu sistem “F-35” qırıcılarını vurmaq üçün yaradılıb.Türkiyənin “S-400” sistemlərini əldə etməsi NATO qarşısında götürdüyü öhdəliklərlə uyğun gəlmir. Bu səbəbdən Türkiyənin hərbi texnikası ilə müttəfiqlərin texnikasının operativ uyğunluğu aşağı düşəcək. “S-400” sistemlərinin əldə edilməsi qəbuledilməz risk yaradacaq, çünki bu kompleksin radiolokasiya sistemi rus hərbçilərinə “F-35” qırıcılarının iş fəaliyyətini başa düşməyə imkan yaradacaq.

Türkiyənin müdafiə sahəsində kifayət qədər əsaslı və qanuni ehtiyacları var. ABŞ 2012-ci ildən “S-400” sistemlərinə alternativ olaraq “Patriot” sistemlərini təklif edir, lakin Türkiyə bu təklifi rədd edir. “S-400” Türkiyəyə iyulda, “F-35”-lər isə noyabrda tədarük olunacağı üçün prezident Ərdoğanın seçim etmək vaxtıdır. Senatorlar ümid edir ki, prezident “S-400”-dən imtina edəcək, türk səmasını “Patriot” sistemi ilə müdafiə edəcək və “F-35” proqramını xilas edəcək.

Prezident Ərdoğan seçim etməsə və “S-400” sistemlərinin tədarükünü həyata keçirsə, Türkiyə ABŞ-ın “Amerikanın rəqiblərinə sanksiyalar vasitəsilə müqavimət haqqında” qanunun tələbinə müvafiq şəkildə sanksiyalara məruz qalacaq. Sanksiyalar türk iqtisadiyyatına güclü zərbə endirəcək, dünya bazarlarında çaşqınlıq yaradacaq, birbaşa investisiya sahəsində xarici investorları qorxuya salacaq və Türkiyənin aviakosmik, müdafiə sənayesinə ciddi zərər vuracaq.

Bundan sonra heç bir “F-35” qırıcısı türk torpağına düşməyəcək. Türkiyənin proqramdakı iştirakı dayandırılacaq. Ölkə bu təyyarələrin detallarını istehsal edə, onların təmiri və xidməti ilə məşğul ola bilməyəcək. Türk şirkətləri bu proqram çərçivəsində istehsal və təchizat prosesindən çıxarılacaq.

Senatorların fikrincə bu cür sanksiyaları tətbiq etmək üçün lazımi qanunverici tədbirləri qəbul etməyə qətiyyətimiz var”. Türkiyə “F-35” proqramında mühüm tərəfdaşdır, amma onu əvəzləyəcək ölkə tapmaq mümkündür.“F-35”-dən imtina Ankara üçün acınacaqlı nəticələrə gətirib çıxaracaq. Türkiyə artıq proqrama 1,25 milyard dollardan çox vəsait yatırıb və bu pullar itiriləcək. Ölkə almağı planlaşdırdığı 100 ədəd “F-35” təyyarəsini əldə etməyəcək və hələ 10 ildən sonra daha az müasir və daha az effektiv qırıcılarla qane olmalı olacaq.“F-35” üçün detal istehsal edən türk şirkətləri sifarişsiz qalacaq. “F-35” mühərriklərinin təmiri, xidməti, əsaslı təmiri və müasirləşdirilməsi üzrə bütün işlər Avropadakı başqa müəssisələrə verilsə, Ərdoğanın Türkiyənin hərbi sənayesini iqtisadi artımın əsas elementinə çevirmək arzusu tez bir zamanda puç olacaq.Türk dostlarımıza ziyan vurmağa çalışmırıq”: “Biz Suriya və Qara dənizdə, terrorizmlə mübarizədə və qarşılıqlı maraq oyadan başqa məsələlərdə Amerika-Türkiyə əməkdaşlığının möhkəmlənəcəyinə ümid edirik. Biz sadəcə “F-35” proqramını və NATO blokunun, o cümlədən onun Türkiyə kimi üzvlərinin potensialını müdafiə etmək istəyirik.Türkiyənin Suriyada, energetika, kənd təssərrüfatı, turizm və başqa sahələrdə Rusiya ilə münasibət saxlamalı olduğunu başa düşürük. Prezident Ərdoğan “S-400”-dən imtina etsə, Putin bu sahələrdən birinə və ya hamısına birdən zərbə endirə bilər. Belə olduğu təqdirdə, fırtınaya tab gətirməkdə Türkiyəyə kömək etmək üçün əlimizdən gələn hər şeyi etməyə söz veririk”.Məqalədə“S-400” tədarükü şəklində Kremlə minnətdarlıq etmək Türkiyənin maraqlarına cavab vermir. Çarlar və Sovet İttifaqı kimi Putin də Türkiyənin müttəfiqi deyil. Onun Gürcüstan, Ukrayna və Suriyadakı aqressiyası Türkiyənin təhlükəsizliyini zəiflədib. İndi isə Putin “S-400” tədarükü ilə Türkiyəni Qərbdən uzaqlaşdırmağa çalışır.

O, bu işdə uğurlu olsa, qeyd edilən tədarük Türkiyənin maraqlarına daha çox ziyan vuracaq. Türkiyə müttəfiqlərindən nə qədər təcrid olsa, Putinin qarşılıqlı münasibətlərə bir o qədər təsir gücü olacaq. Rusiya ürəyi istədiyi hər şeyi edə biləcək, Türkiyə isə mütləq əziyyət çəkəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9068
  • ₽ RUB
    0.0267