DÜNYA

Yaponiyanın bu sahədə xəsrcləri artdığı üçün nazir açıqlama verməyə məcbur olub
10 APREL
107

Yaponiyanın bu sahədə xəsrcləri artdığı üçün nazir açıqlama verməyə məcbur olub

2019-04-10 10:03:00

Yaponiyanın müdafiə naziri Takeşi İvaya bildirib ki, ölkənin təhlükəsizliyi ilə bağlı xərclər ümumi daxili məhsulun 1,3 faizini təşkil edə bilər.Fins.az xəbər verir ki, nazir bu barədə parlamentin aşağı palatasında çıxış edərəkən deyib. T.İvaya bu addımın ABŞ administrasiyasının NATO üzvü olan ölkələrdən və müttəfiqlərindən müdafiə xərclərinin artırılması barədə tələbinə uyğun olaraq atıldığını qeyd edib.Nazirin sözlərinə görə, Yaponiya sülhməramlı qüvvələrinin BMT əməliyyatlarında iştirakı və Sahil Mühafizəsi Xidmətinin xərcləri büdcəyə daxil ediləcəyi təqdirdə ümumi məsrəf sonrakı beş ildə ÜDM-nin 1,1 faizindən 1,3 faizinə qalxacaq.T.İvaya bildirib ki, o, bu rəqəmləri qarşılıqlı anlaşma əldə etmək üçün ABŞ tərəfinə təqdim edəcək.

Yaponiyanın illik müdafiə xərcləri 5 trilyon yen və ya 45 milyard dollar təşkil edir. Həmin xərclər hər il artırılsa da, indiyədək ölkə ÜDM-nin 1 faizi həddini aşmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265