DÜNYA

Türkiyədə işsizlərin sayında böyük artım – LİRƏ UCUZLAŞDI
15 MART
309

Türkiyədə işsizlərin sayında böyük artım – LİRƏ UCUZLAŞDI

2019-03-15 16:36:00

Türkiyə Statistika Komitəsinin (TÜİK) məlumatlarına görə, 2017-ci illə müqayisədə 2018-ci ildə Türkiyə daxilində 15 və daha yuxarı yaşda olan işsizlərin sayı 1 milyon 11 min nəfər artaraq 2018-ci ilin Dekabr ayında 4 milyon 302 min nəfərə çatıb.  

Fins.az Marja-ya istinadən xəbər verir ki, işsizlik nisbəti 3,1 bənd artım ilə 13,5% səviyyəsinə qalxıb. Bu, 2010-cu ilin Fevral ayından bəri ən yüksək səviyyədir. Proqnoz 12,8% idi. 

Eyni dövrdə; kənd təsərrüfatı xaric işsizlik nisbəti 3,3 bənd artım ilə 15,6%-ə, gənc əhali arasında (15-24 yaş) işsizlik nisbəti 5,3 bənd artım ilə 24,5%-ə, 15-64 yaş qrupunda isə bu nisbət 3,1 bənd artım ilə 13,7%-ə qalxıb.

Məlumatın açıqlanmasından sonra Türk Lirəsi ucuzlaşıb. Səbəb işsizlik nisbətinin proqnozdan yüksək olmasıdır. Dollar/TL məzənnəsi 5.4742 səviyyəsinə yüksəlib. 

 

© 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265