DÜNYA

Aİ-də "Boeing 737 MAX" təyyarələrinin uçuşu qadağan olunub
13 MART
107

Aİ-də "Boeing 737 MAX" təyyarələrinin uçuşu qadağan olunub

2019-03-13 09:50:00

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Avropa İttifaqı (Aİ) ərazisində "Boeing 737 MAX 8" və "737-9 MAX" tipli təyyarələrin uçuşlarını müvəqqəti olaraq qadağan edib.

Fins.az xəbər verir ki, bu barədə məlumat EASA-nın saytına yerləşdirilib.

Bir sıra ölkələr Efiopiyada "Boeing 737 MAX 8" tipli təyyarənin qəzaya uğramasından sonra öz hava məkanlarını bu tip təyyarələr üçün artıq bağlayıblar. Onların arasında Böyük Britaniya, Fransa və Efiopiya var.

Daha əvvəl isə 25 aviaşirkət bu tip təyyarələrin istismarından imtina edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264