DÜNYA

Bu Avropa ölkəsi internet vasitəsilə satış üzrə sonuncu yeri tutur
06 MART
103

Bu Avropa ölkəsi internet vasitəsilə satış üzrə sonuncu yeri tutur

2019-03-06 10:34:00

Fins.az-ın məlumatına görə, Avropanın statistika agentliyi “Avrostat”ın məlumatına əsasən, Bolqarıstan və Sloveniya Avropa İttifaqında kommersiya müəssisələrin məhsullarını internet vasitəsilə satış sayına görə siyahıda sonuncu yeri tutub.Avropa İttifaqı ölkələrində orta rəqəm olaraq 7 faiz satış internet vasitəsilə aparılır. Bolqarıstanda və Sloveniyada isə bu rəqəm 2 faizə bərabərdir. Məlumata görə, Aİ-də müəssisələr orta rəqəmlə 6 faiz satışı öz saytları və mobil əlavələri vasitəsilə aparır. Bir faiz satış isə onlayn elektron platformalar vasitəsilə həyata keçirilir. Ən çox onlayn satış Belçika və İrlandiya müəssisələri aparır. Onların satış faizi 15-ə bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264