DÜNYA

Rusiya oliqarxları 9 milyard dolları necə "yuyublar"?
05 MART
273

Rusiya oliqarxları 9 milyard dolları necə "yuyublar"?

2019-03-05 15:00:00

Fins.az-ın məlumatına görə,Rusiyanın ən böyük özəl investisiya banklarından biri “Troyka Dialoq” vasitəsilə təxminən 9 milyard dollar yuyulub. “Current time” portalının verdiyi məlumata əsasən, bu barədə beynəlxalq Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsinin (OCCRP) yeni jurnalist araşdırmasında deyilir.“Troyka-Camaşırxana” materialında iddia edilir ki, sxem mütəşəkkil cinayətkarlıqla əlaqəli insanlara və rüşvətxorlara vergidən yayınmağa və xaricdəki əmlakını gizlətməyə imkan verib.Tədqiqatda adı çəkilənlər və iddialara əsasən bu sxemdən istifadə edənlər arasında Rusiya prezidenti Vladimir Putinin yaxın dostu adlandırdığı violonçel ifaçısı Sergey Roldugin də var. OCCRP-in “Panama sənədləri” adlı digər araşdırmasında da Rolduginin adı hallanıb. Həmin sənəddə iddia edilirdi ki, Rolduginin adına olan ofşorlardan təxminən 2 milyard dollar keçib.“Camaşırxana” sxeminə daxil olan Britaniyanın Vircin adalarında yerləşən şirkətlərdən biri “Quantus Division Ltd” də üç il ərzində şahzadə Çarlzın “Prince Wales's Charity”adlı xeyriyyə təşkilatına 200 min dollar köçürüb.Araşdırma bank sənədlərinin sızması sayəsində mümkün olub. Tədqiqatda Litvanın “15min.lt” saytı da iştirak edib.Araşdırmada deyilir ki, “Troyka Dialoq” 2000-ci illərin ortalarında ən az 76 ofşor şirkətdən ibarət şəbəkə yaradıb. Həmin şirkətlər də başda Litvanın 2013-cü ildə fəaliyyətini dayandıran “Ukio Bankas” bankı olmaqla bir neçə bankda hesab açıblar. Tədqiqatçıların məlumatına əsasən, hesablar başqa şəxslərin adına açılıb, həmin şəxslər heç bu hesablardan keçən pulun miqdarını bilməyiblər.İddialara əsasən, tranzaksiyaların çoxu saxta olub: mövcud olmayan məhsul və xidmətin tədarükünə görə pul ödənilib. Həmin vəsait Litva bankından Qərb banklarındakı hesablara köçürülüb. Rolduginlə əlaqəli hesabdan bu yolla 69 milyon dollar çıxarılıb.Araşdırma müəlliflərinin məlumatına əsasən, “Troyka-Camaşırxana” həmçinin Rusiyadan pul çıxarmaq üçün istifadə edilib. Həmin vəsaitin aqibətini isə 2009-cu il Moskvanın istintaq təcridxanasında həlak olan Sergey Maqnitski araşdırıb. Sxemlər gizli yolla dövlət şirkətlərində pay və xaricdə daşınmaz əmlak sahibi olmağa imkan yaradıb.

“Troyka Dialoq”-un əsas səhmdarı investisiya bankiri Ruben Vardanyan olub. 2012-ci ildə “Sberbank”-a satılan bank “Sberbank CIB” adı altında fəaliyyət göstərməyə başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9052
  • ₽ RUB
    0.0264