DÜNYA

Kanadadan vətəndaşılıq almaq üçün nə etmək lazımdır?-FİNS
12 FEVRAL
425

Kanadadan vətəndaşılıq almaq üçün nə etmək lazımdır?-FİNS

2019-02-12 18:15:00

Fins.azərbaycanlıların çox hissəsinin getmək istədiyi Kanadada vətəndaşlıq almaq üçün nə etmək lazım olduğuna dair tövsiyyələri sizə təqdim edir. Kanada vətəndaşı olmaq üçün bir neçə şərtə əməl etmək lazım olduğunu bildirən iqtisadçı-ekspert Rauf Qarayev bildirib ki, Kanada vətəndaşlığını almaq üçün bir neçə şərtlərə əməl etmək lazımdır:Vətəndaşlıq üçün ən aşağı yaş həddi 18-dir.Kanada ərazisində daimi yaşamaq lazımdır.Permanent Resident -Kadada daimi yaşamaq statusun olmalıdır.Bundan əlavə son 4 ilin 3 ilini Kanadada yaşamalısınız. 3 il dedikdə Kanadada faktiki olduğunuz vaxt sayılır. Misal: Siz 1 yanvar 2016-cı ildə Kanadaya gəlmisinizsə və 2017-ci ilin may ayında Azərbaycana qayıtsımısınızsa o halda ən tez halda vətəndaşlıq üçün 1 iyun 2019-cu il tarixdə müraciət edə bilərsiniz. Burada təqvim müddəti yox, 3 ilin faktiki yaşama dövrü götürülür. Daimi yaşama statusu olmayan kimi, ölkəyə gələn və həmin statusu sonradan alan şəxslərin vaxtı, ölkəyə gəlmə günündən sayılır. Amma bunun yarı hissəsi nəzərə alınır. Misal: Siz ölkəyə tələbə vizası ilə gəlib 1 il oxuyursunuz. Növbəti ildə daimi yaşayış statusu alırsınız. Bu halda 1 ilinizin 6 ayı nəzərə alınacaq. İmiqrasiya vizası ilə Kanadaya gələrək dərhal daimi yaşamaq statusu alan şəxslərin müddəti biri-birə kimi yəni 1 il yaşayıbsa 1 il də götürülür. Burada müddətin tələbə vizasında yəni daimi yaşama statusu olmayan şəxsdəki kimi, müddət kəsilmir.Kanadada iki rəsmi dil var. İngilis və fransız. Bunların birini, digərlərin başa düşə biləcək tərzdə bilməlisiniz. Yəni sadə mətnləri oxumağı və onları yazmağı, sadə danışıqları başa düşəcək tərzdə bacarmalısınız.Dilin bilmə dərəcəsi test imtahanın nəticəsi ilə müəyyənləşir (İELTS, TEF və sair). Dillin minimal həddi barədə məlumatı Kanadanın Vətəndaşlıq və Miqrasiya Nazirliyinin saytından (http://www.cic.gc.ca/) əldə edə bilərsiniz.Yuxarıdakılardan əlavə siz vətandaşların vəzifəsi, hüququ və öhdəliyi barədə bilməlisiniz. Bundan əlavə Kanadanın tarixi barədə, onun coğrafiyası, siyasi sistemi barədə ümumi məlumatınız olmalıdır. Bunlar test  imtahanında yoxlanılır.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259