DÜNYA

OPEC Maduronun ABŞ-ın sanksiyalarını pisləməyə dair çağırışını cavabsız qoyub
12 FEVRAL
148

OPEC Maduronun ABŞ-ın sanksiyalarını pisləməyə dair çağırışını cavabsız qoyub

2019-02-12 09:31:00

 Venesuela prezidenti Nikolas Maduro OPEC-i ABŞ tərəfindən ölkəsinin neft sektoruna yönəlmiş sanksiyaları pisləməyə çağırıb, lakin kartel onun bu çağırışına cavab verməyib.

Fins.az xəbər verir ki, bu barədə bazar ertəsi Maduronun adından 29 yanvar tarixində OPEC-in baş katibi Məhəmməd Barkindoya ünvanlanmış məktub barədə məlumatlı olan mənbəyə istinadən "Reuters" məlumat yayıb.

"Ölkəmiz hazırda ABŞ-ın Venesuelanın daxili işlərinə qanunsuz və əsassız müdaxiləsinə qarşı apardığımız mübarizədə OPEC ölkələri və onun nazirlər konfransının həmrəylik və tam dəstəyinə ümid bəsləyir", - deyə agentlik Maduronun OPEC-in baş katibinə yazdığı məktubdan sitat gətirir.

Maduro OPEC-i bu hərəkətlərin qlobal neft bazarına təsir göstərdiyini və təşkilata daxil olan digər ölkələr üçün yaratdığı riski nəzərə almaqla ABŞ-ın sanksiyalarına müqavimət göstərməyə yönəlmiş qərarlar tapmaqda Venesuelaya köməklik göstərməyə çağırıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262