DÜNYA

Trampın Kim Çen Inla görüşünün vaxtı açıqlandı
06 FEVRAL
174

Trampın Kim Çen Inla görüşünün vaxtı açıqlandı

2019-02-06 11:35:00

Fins.az-ın məlumatına görə,Prezident Donald Tramp çərşənbə axşamı bildirib ki, fevralın 27-28-də Vyetnamda Kim Çen In ilə iki günlük görüş keçirəcək. Məqsəd Şimali Koreya liderini nüvə silahı istehsalından imtina etməyə inandırmağa yönəlmiş səyləri davam etdirməkdir. Tramp deyib ki, Kim Çen In ilə onun davamlı əlaqələri və keçən il iyun ayında onların Sinqapurdakı ilk görüşü sülhə yol açıb, lakin nüvəsizləşdirmə prosesinə dair hələlik konkret plan yoxdur. ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Den Kouts keçən həftə Konqresdə çıxış edib. O bildirib ki, ABŞ kəşfiyyat əməkdaşları Kim Çen Inın öz ölkəsindəki nüvə silahlarını məhv edəcəyinə və ya bu silahları artırmaq imkanından imtina edəcəyinə inanmırlar, çünki bu silahlar Şimali Koreya rejiminin salamat qalması üçün vasitədir. Keçənilki iyun görüşündən sonra peyklə çəkilmiş videodan məlum olur ki, Şimali Koreya öz hərbi zavodlarında nüvə materialları istehsalını davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır