DÜNYA

Rusiyada iqtisadi artım 6 illik rekordu yeniləyib
05 FEVRAL
160

Rusiyada iqtisadi artım 6 illik rekordu yeniləyib

2019-02-05 11:59:00

2018-ci ildə Rusiyada 2,3% iqtisadi artım qeydə alınıb. 

Fins.az bu barədə qonşu ölkənin Federal Dövlət Statistika Xidmətinə istinadən xəbər verir. 

Məlumata görə, bu rəqəm Rusiya Bankının və İqtisadi İnkişaf Nazirliyinin proqnozlarından çoxdur və 2012-ci ildən bər rekord göstəricidir. Xatırladaq ki, 6 il bundan əvvəl Rusiyada 3,7% iqtisadi artım baş verib. 

Statistika Xidməti kənd təsərrüfatı, meşəçilik  ovçuluq, balıqçılıq sektorları istisna olmaqla bütün sahələrdə əlavə dəyərin artdığını açıqlayıb. İqtisadi inkişafa daha çox mədənçilik, topdan və pərakəndə ticarət, nəqliyyat və saxlama, tikinti sahələri müsbət təsir göstərib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8931
  • ₽ RUB
    0.0263