DÜNYA

Gürcüstan prezidenti Salome Zurabişvili maaşından imtina etdi
14 YANVAR
142

Gürcüstan prezidenti Salome Zurabişvili maaşından imtina etdi

2019-01-14 11:11:00

Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, maaşından imtian edir.

Fins.az Modern.az-a istinadən xəbər verir ki, prezident öz himayəsi altında ictimai fond yaratmağı, maaşını ora köçürməyi, fond vasitəsilə xeyriyyə tədbirlərinə xərcləməyi planlayır.

Hələ ki bunun hüquqi forması üzərində iş getdiyini deyən Zurabişvili ümid etdiyini bildirib ki, başqaları da ondan nümunə götürəcək.

66 yaşlı Zurabişvili həm Gürcüstan, həm də Fransa vətəndaşıdır. O, Fransada pensiya alır.

Prezident deyib ki, Fransa pensiyası ona dolanmaq üçün bəs edəcək.

Bundan əvvəl Zurabişvili Prezidentin Ehtiyat Fondunu ləğv etmişdi.

Həmin fonda dövlət büdcəsindən ayrılan 2 milyon dollar əvvəlki prezidentlərin dövründə onların himayə etdiyi müxtəlif layihələrə xərclənirdi.

Zurabişvili 2018-ci ilin prezident seçkilərində qalib gəlib. Gürcüstan tarixində ilk qadın prezidentdir.

O, Parisdə doğulub, Fransaya sığınmış siyasi mühacirlərin nəslindəndir.

Əvvəl Fransanın Gürcüstandakı səfiri olub.

2004-cü ildə o zamankı prezident Saakaşvili onu xarici işlər naziri təyin etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266