DÜNYA

"Qızıl Qlobus" mükafatının qaliblərinin adları açıqlanıb
07 YANVAR
156

"Qızıl Qlobus" mükafatının qaliblərinin adları açıqlanıb

2019-01-07 10:00:00

 “Bohem rapsodiyası” filmi 2018-ci il üzrə "Ən yaxşı dram filmi" nominasiyasında "Qızıl Qlobus" mükafatına layiq görülüb.

Fins.az xəbər verir ki, "Ən yaxşı dramatik film aktyoru" mükafatını Fredi Merkuri roluna görə Rami Malek qazanıb.

Mükafata namizədlər arasında "A Star Is Born", "Black Panter", "Beale Street konuşabilseydi" ve "Kara klanovets" kinoları da olub. “The Vife” adlı ekran əsərindəki roluna görə, Glenn Close "Ən yaxşı dramatik film aktrisası" nominasiyasına layiq görülüb. 

Rejissoru Peter Farrelly olan "Yaşıl kitab" filmi "Ən yaxşı film komediya yaxud muzikl" kateqoriyasında "Qızıl Qlobus" mükafatı qazanıb. 

 © Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264