DÜNYA

Ən bahalı saatlar bu qəsəbədə hazırlanır – FOTO
03 YANVAR
681

Ən bahalı saatlar bu qəsəbədə hazırlanır – FOTO

2019-01-03 10:59:00

La Chaux-de-Fonds İsveçrənin gözəl mənzərəli Jura dağıarında, dənizdən min metr yüksəkdə yerləşən bir qəsəbədir.

Fins.az Oxu.az-a istinadən xəbər verir ki, 37 min əhalisi olan bu qəsəbə turizm baxımından əhəmiyyət daşımır.

Ancaq “Chevrolet” markasının da meydana gəldiyi bu qəsəbədə dünyanın ən bahalı saatları düzəldilir. “Rolex”, “Patek Philippe” və “Omega” da daxil olmaqla, bir çox məşhur saat markasının atelyeləri və mərkəzləri buradadır.

Bu firmalar La Chaux-de-Fonds qəsəbəsində qurulub və “saatın paytaxtı” olaraq İsveçrənin adını dünyaya tanıdıb.

1867-ci ildə Karl Marksın məşhur əsəri “Kapital”da söz açdığı “böyük fabrik-qəsəbə” məhz buradır. O, Cenevrədəki atelyelərin beş qatı qədər istehsal həyata keçirildiyi üçün sənayeləşmənin nümunəsi olaraq buranı göstərib.

Bu gün İsveçrə saat sənayesinin idari və bir çox baxımdan mənəvi paytaxtı sayılır. Qəsəbə küçələrində gəzərkən tikililərin girişləri, küçələrin genişliyi diqqət çəkir. XIX əsrdə salınmış bu küçələr atelyelər günəş işığı ilə aydınlansın deyə geniş götürülüb.

UNESCO 2009-cu ildə şahmat taxtasını xatırladan bu qəsəbəni Dünya Mədəniyyət İrsi siyahısına salıb. Atelyelərin bir qismi evlərə çevrilsə də, hələ də qapıları açıq kiçik dükanlarda ustalar saatların vacib detallarını hazırlayırlar.

Qəsəbədə Beynəlxalq Saat Muzeyi fəaliyyət göstərir. Dünyanın ilk kvars saatı da buradadır.

1968-ci ildə qəsəbə əhalisinin yarıdan çoxu – 11 min nəfəri saat şirkətlərində işləyirdi. Saatlarda kvars kristallarından istifadə olunmağa başlandıqdan sonra 1975-ci ildə bu rəqəm yeddi minə enib.

1970-ci illərdə kvars minerallarından istifadə etməklə dəqiq saatların yaradılması İsveçrə saatlarının da dəyərini itirməsinə səbəb olub.

“Patek Philippe” markasının sahibi Filipp Sternin saatda dəqiqliklə yanaşı, lüks və keyfiyyətə önəm verməsi bu tendensiyanı dəyişib və İsveçrə saat bazarı öz əzəmətini geri qaytarıb.

“Girard-Perregaux” markasının istehsalı qəsəbənin böyük atelyelərindən birində həyata keçirilir. Kiçik atelyelərdə hazırlanan detallar saat ustaları tərəfindən burada birləşdirilir. Başqa bir otaqda isə bəzək işləri tətbiq edilir.

II Vilhelm 1880-ci ildə əsgərləri üçün bu markadan iki min saat sifariş verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263