DÜNYA

İranda qadın səfir təyin olundu – İLK dəfə
03 YANVAR
113

İranda qadın səfir təyin olundu – İLK dəfə

2019-01-03 10:39:00

İran tarixində ilk dəfə sünni qadın səfir təyin edilib.Trend-in məlumatına görə, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, prezidentin birinci müavini İshaq Cahangiri Sistan və Bəlucistan əyalətinə səfəri zamanı Hümeyra Riqini İranın Bruneydəki yeni səfiri olaraq təqdim edib.

Cahangiri Riqini “uğurlu bir vəzifə sahibi” olaraq qiymətləndirib. Riqi Malayziyaya səfir olaraq göndərilən Mərziyə Afham və Finlandiyaya göndərilən Pərvin Fərşçidən sonra 1979-cu il inqilabından bəri səfir olan üçüncü qadın olub.

Hümeyra Riqi İranın ilk sünni səfiri olaraq tarixə keçib. O, bundan öncə Sistan və Bəlucistan əyalətlərinə bağlı Çabahar rayon icra nümayəndəsi olaraq çalışıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256