DÜNYA

“YUKOS” neft şirkətinə və Mixail Xodorkovskiyə nə olub?
27 DEKABR 2018
132

“YUKOS” neft şirkətinə və Mixail Xodorkovskiyə nə olub?

2018-12-27 14:17:00

Fins.az Almaniyanın "Bild" nəşrinə istinadən məlumat verir ki, 2003-cü ilin sentyabrında “YUKOS” neft şirkətinin başçısı Mixail Xodorkovski biznes tərəfdaşı ilə birgə həbs edilib. “Çox əhəmiyyətli, çox zəngin, çox müxalif: onu şübhə doğuran ittihamlarla məsuliyyətə cəlb ediblər. Xodorkovskinin imperiyasına nə olub? Onun klanının başına hansı işlər gəlib? Putinin qatı düşməninə nə olub?”“2005-ci ildə göstəriş xarakterli məhkəmə prosesi çərçivəsində nəhayət Xodorkovskiyə hökm oxunub. Onu Sibir həbsxanasına – “Qulaq”a göndəriblər. Onun başçılıq etdiyi konsern dağıdılaraq satılıb, bir hissəsi dövlət şirkəti “Qazprom”a, böyük bir hissəsi dövlət şirkəti “Rosneft”ə keçib”.“Xodorkovski Qulaqda ehtiyac içində yaşayıb. Bir başqa insan isə bundan faydalanıb. Həmin şəxs Almaniyanın keçmiş kansleri Gerhard Şröder olub. O, 2005-ci ildə artıq kansler vəzifəsində deyildi, lakin dostu, Rusiya prezidenti Vladimir Putin onun üçün iş tapıb: Şröderi əvvəlcə “Qazprom”a, sonra “Rosneft”ə gətirib. Bu gün sabiq kansler “YUKOS”u aldıqdan sonra bazarın liderinə çevrilən “Rosneft” şirkətinin direktorlar şurasının sədridir”, - məqalədə deyilir.36 yaşlı Marina Samara vilayətində həm “YUKOS”da, həm “Rosneft”də çalışıb. “İşverən kimi “YUKOS” daha yaxşı idi. Onlar yerli işçilərin qeydinə qalır, uşaq bağçaları, məktəblər və oyun meydançaları tikirdilər”, - keçmiş günləri xatırlayan qadın deyir.Oboşin yatağında işləyən Valeri (ad şərtidir) neft nasoslarını göstərib bildirir: “Bu da “Rosneft”: texnika köhnəlib”. “Xodorkovski xəbərdarlıq etmədən, sadə maşında gəlirdi. Elə belə, səbəbsiz, - Valeri qeyd edir. – İşlərimizlə maraqlanır, nəyin alınıb, nəyin alınmadığını soruşurdu. Qulaq asırdı, özündən razı deyildi. Bu gün rəhbərlik cangüdənlərlə, elit avtomobillərdə gəlir. Bizə icazə verilən sual-cavablar əvvəlcədən müəyyənləşdirilir”.“Sovet dövrünə oxşayır. Kremlin insanlarına işləməyə başladığımızdan bəri hər şey köhnəlib dağılana qədər işləyir: həm texnika, həm işçilər. Biz daha onların vecinə deyilik”, - nəşr “Rosneft” şirkətinin əməkdaşının sözlərini çatdırır.

Müəllif:Aynur Qəniyeva

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256