DÜNYA

Rusiyanın ən böyük pərakəndə şirkəti öz mağazalarında kafe açacaq
27 DEKABR 2018
134

Rusiyanın ən böyük pərakəndə şirkəti öz mağazalarında kafe açacaq

2018-12-27 11:56:00

Rusiyanın ən böyük riteylerlərindən biri olan “Maqnit” mağazanın ərazisində “fabrik-mətbəx” və kafenin açılmasını test edir, bu barədə “Praym” yazıb.

Riteyler hələ 2007-ci ildə hazır yeməklərin istehsalına başlayıb və ilk belə böyük mağazanı açıb. Hazırda pərakəndə şəbəkənin belə formatda 450-dən çox mağazası mövcuddur. Riteyler hazır yeməklərin çeşidinin yeni konseptini hazırlayır. Hazırda “Maqnit” hazır yeməklərin çeşidinə uşaq və pəhriz, eləcə də içkiləri əlavə etməyi planlaşdırır.

Pərakəndə şəbəkəsi, həmçinin 2019-cu ildən etibarən özünün bütün regionlarda şəxsi “fabrik-mətbəx”ləri yaratmağa hazırlaşır. Planlar ərzaq mağazalarının bütün coğrafiyasını əhatə edir. İndi “Maqnit” yeni ərzaq konsepsiyasını yoxlayır. Krasnodar vilayətinin iki supermarketində və Perm sahilindəki Solikamsk supermarketində eat&go formatında kafe fəaliyyət göstərir.

“Alıcılar xüsusi olaraq ayrılmış zonada nahar edirlər. Layihənin genişmiqyaslılığı pilot layihənin nəticələrindən sonra bilinəcək”, – deyə şirkətdən bildiriblər. Riteyler bazarı üzrə ekspertlərin assosiasiyasının prezidenti Andrey Karpovun sözlərinə görə, mağazalarda hazır məhsulun satışları perspektivli istiqamətdir. O, qeyd edib ki, belə bir istiqamət gəlirlilik baxımından da rentabellidir. Bundan başqa böyük şəhərlərdə istehlakçılar özləri yemək hazırlamağa meyilli olmurlar, onlar hazır məhsulları almağa hər an hazırdırlar.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9356
  • ₽ RUB
    0.0257