DÜNYA

Güclü qar məktəblərin bağlanmasına səbəb olub
26 DEKABR 2018
340

Güclü qar məktəblərin bağlanmasına səbəb olub

2018-12-26 11:11:00

Paytaxt Ankara da daxil olmaqla Türkiyənin 21 əyalətində güclü qar yağmasına görə məktəblərdə təhsilə fasilə verilib.

Fins.az xəbər verir ki, ölkə paytaxtındakı bəzi universitetlər də əlverişsiz hava şəraitinə görə, bağlanıb.

Güclü qar Ankara ilə yanaşı Sivas, Bilecik, Kütahya, Bolu, Çankırı, Uşak, Eskişehir, Samsun, Denizli, Afyonkarahisar, Kırşehir, Konya, Çorum, Kastamonu, Kırıkkale, Amasya, Yozgat, Aksaray, Nevşehir, Tokat, Orduda məktəblərin tətilə buraxılmasına səbəb olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265