DÜNYA

ABŞ-da Milad bayramı onlayn-satışın rekord həcmi ilə müşayiət edilir
25 DEKABR 2018
196

ABŞ-da Milad bayramı onlayn-satışın rekord həcmi ilə müşayiət edilir

2018-12-25 14:33:00

Dekabrın 25-də Amerika Birləşmiş Ştatlarında İsanın mövludu qeyd olunur. Bu bayram istirahət günü sayılır və ailə mərasimləri, hədiyyələrin təqdimatı ilə müşayiət edilir. Santa Klaus və yaraşıqlı yolka katolik Miladın əsas atributları sayılır. Amerikalılar evləri işıqlarla bəzəyirlər. Qapıların önünə İsanın mövludunun rəmzi olan çıraqban fiqurlar qoyulur. Bir çox ev və mağaza sahibləri qapıya bəzəkli qar adamları qoyur, küknardan parlaq çələng asırlar.

Fins.az xəbər verir ki, amerikalıların Milad bayramını qeyd etməsi adətən dekabrın 24-dən 25-nə keçən gecə kilsələrdə ibadətlə başlayır. Daha sonra onlar evdə erkən səhər yeməyinə toplaşırlar. Bir çox amerikalılar valideynlərinin evlərində yığışırlar. Səhərə yaxın onlar bir-birinə hədiyyələr verərək xoşbəxt Milad arzulayırlar. Bayram gün ərzində qeyd edilir. Milada bir neçə həftə qalmış amerikalılar xeyli alış-veriş edirlər. Milad mövsümü il ərzində ən iri iqtisadi stimul hesab edilir.

Amerika iqtisadiyyatının yaxşılaşması hesabına 2018-ci ildə ölkə əhalisinin bayram mövsümündə xırda xərcləri qismən artıb. İnternet vasitəsilə pərakəndə satışların artması daha çox diqqəti çəkir. “Adobe Analytics” şirkətinin məlumatına görə, cari ilin noyabrın 1-dən amerikalılar müxtəlif alış-verişə 100,6 milyard dollar xərcləyiblər ki, bu da onlayn-satış üzrə rekord təşkil edir. Analitiklər hesab edir ki, Milad mövsümünün sonunadək amerikalı alıcılar ən azı 126 milyard dollar xərcləyəcəklər. Rəqabətin artması hesabına bir çox mağazalar özlərinin veb-səhifələrində malların satışı sistemini yaxşılaşdırıb və alınan malların alıcıların evlərinə pulsuz çatdırılmasını təklif edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264