DÜNYA

Ərdoğandan Trampın Suriya qərarı ilə bağlı açıqlama
21 DEKABR 2018
290

Ərdoğandan Trampın Suriya qərarı ilə bağlı açıqlama

2018-12-21 17:39:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan“500 böyük xidmət ixracatçısı mükafatı” tədbirində Trampın Suriya ilə bağlı qərarına münasibət bildirərək deyib, "ABŞ Prezidenti Donald Trampla Suriya məsələsi ilə bağlı sonuncu telefon danışığımızda eyni düşündüyümüz məlum oldu". “Donald Tramp telefon danışığımızda dedi: “Siz İŞİD-i təmizləyə bilərsiniz?” Dedim: “Təmizləyərik”. Lazımi lojistik dəstəyi siz verin, qalanını biz edərik. Bütün bu terrorçu qruplaçmalarını zərərsizləşdirməyə qadir Türkiyə hərbçisi və Azad Suriya Ordusu var. Nəhayət, bu istiqamətdə ümidverici və açıq sözləri ABŞ hakimiyyətindən eşitməyi bacardıq. Keçmişdəki acı təcrübələrimizə əsasən, bunu da ehtiyatla qarşılayırıq. Fəratın şərqində antiterror əməliyyatı keçirməyi qərara almışıq. Ancaq Trampla danışığımız və qarşılıqlı təmaslarımıza görə bir müddət gözləməyi məqsədəuyğun saydıq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, dekabrın 19-da ABŞ Prezidenti Donald Tramp ölkə hərbçilərinin və hərbi texnikalarının Suriyadan çıxarılmasına dair sənəd imzalayıb. Ötən gün hərbi texnika ilə dolu ilk TIR-lar İraqa gedib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027