DÜNYA

Putin:"Yeni raketlər qərbi düşünməyə vadar edəcək "
21 DEKABR 2018
197

Putin:"Yeni raketlər qərbi düşünməyə vadar edəcək "

2018-12-21 15:35:00

Fins.az "National Reviev"ə istinadən məlumat verir ki, çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putin bildirib ki, yeni raketlər başqa ölkələri Rusiyaya hücum planı tərtib etmədən öncə düşünməyə vadar edəcək. Mayred Makardl  “National Review” qəzeti üçün yazır. Putin Müdafiə Nazirliyinin kollegiyasındakı çıxışında deyib: “Bu silah... ordu və donanmanın potensialını artırır, bununla da qarşıdan gələn on il ərzində Rusiyanın təhlükəsizliyini etibarlı şəkildə təmin edəcək”. “Ümid edirəm, yeni sistemlərimiz militarist, aqressiv ritorikaya öyrəşmiş şəxsləri düşünməyə vadar edəcək”, - deyə prezident əlavə edib.Putinin rəyi Qərb liderlərinin ünvanına səslənən, çox pis pərdələnən təhdiddir. O, il ərzində NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturunu genişləndirməyə davam etdirməsindən dolayı şikayətlənib, həmçinin ABŞ-ın “Orta və yaxın mənzilli raketlərin ləğvinə dair” sazişdən çıxmaq istəyini qınayıb. ABŞ Rusiyanın sazişi pozduğunu söyləyir. Putin bu iddiaların “əsassız” olduğunu bildirib. Onun sözlərinə görə, məhz ABŞ 1987-ci ildə əldə edilən sazişi pozub.

“Rumıniyada dəniz bazalı “Aegis” sistemlərinin yerləşdirilməsi... “orta və yaxın mənzilli raketlərin ləğvinə dair” sazişi birbaşa pozmaq deməkdir”, - deyə Putin vurğlayıb.İki gün öncə dövlət katibi Mayk Pompeo (Mike Pompeo) sazişin şərtlərinə əməl etməsi üçün Rusiyaya 60 gün möhlət verib. Əks təqdirdə ABŞ sənədlə bağlı bütün öhdəliklərindən imtina edəcək. ABŞ hesab edir ki, test edilən yeni rus raketləri orta mənzilli yerüstü raketlərin yerləşdirilməsi haqqında qadağaya ziddir və nəticədə Rusiya nüvə silahından istifadə etməklə asanlıqla NATO ölkələrinə hücuma keçə bilər.“Belə bir addım ən mənfi nəticələrə səbəb olacaq, regional və qlobal təhlükəsizliyi xeyli zəiflədəcək, “Orta və yaxın mənzilli raketlərin ləğvinə dair” sazişdən mümkün imtinanı nəzərdə tutan Putin qeyd edib. – Faktiki olaraq perspektivdə silaha nəzarət və kütləvi qırğın sılahlarının yayılmaması ilə bağlı bütün nizam deqradasiyaya uğraya, hətta məhv ola bilər”.Rusiyanın dövlət başçısı bəyan edib ki, ABŞ tərəfdən saziş ləğv edilsə, “biz təhlükəsizliyimizi möhkəmlədəcək əlavə tədbirlər həyata keçirmək məcburiyyətində qalacağıq”.Putin, həmçinin sovet liderlərinin sazişlə bağlı danışıqlar aparmaq şəkli ilə razı olmadığını vurğulayıb.“ABŞ-ın həm dəniz, həm hava bazalı raketləri olub, bizim isə olmayıb. Sovet İttifaqının niyə birtərəfli qaydada silahsızlaşdırılmaya razı olmasının səbəbini bir Allah bilir”, - o, deyib. Yaxın illərdə Rusiyanın bir nömrəli prioriteti “strateji nüvə qüvvələrinin hərbi potensialının artırılması” olacaq. Digər prioritetlər arasında hərbi hazırlıq və müttəfiqlərlə hərbi əməkdaşlıq var.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265