DÜNYA

Tramp müttəfiqlərini və müşavirlərini yenə də təəccübləndirdi
21 DEKABR 2018
168

Tramp müttəfiqlərini və müşavirlərini yenə də təəccübləndirdi

2018-12-21 11:36:00

Fins.az "The guardian"a istinadən məlumat verir ki, Donald Tramp İŞİD üzərində qələbəni elan edib, operativ və tam heyətlə Amerika qoşunlarını Suriyadan çıxarmaq haqqında əmr verib. O, bu qərarı ilə müttəfiqləri və müşavirlərini qəfil yaxalayıb. Pentaqon və Dövlət Departamenti qəfil dəyişikliyi təcili dərk etməyə çalışır. “The Guardian” qəzetinin müxbirləri Culian Borcer  və Martin Çulov (Martin Chulov) yaranmış vəziyyəti dəyərləndirir. 

Pentaqon və Dövlət Departamenti rəhbərliyi Amerika kursunda baş verən qəfil dəyişikliyi təcili başa düşməyə çalışır, çünki hələ yayda “İŞİD tam məhv edilənə kimi” və İran təsiri ilə mübarizə aparmaq üçün qoşunları Suriyada saxlamaqla bağlı qərar verilmişdi.Yüksək vəzifəli məmurlar prezidentin qərarı barədə çərşənbə axşamı gecə saatlarında məlumatlandırılıblar. Çərşənbə günü səhər saatlarında mətbuatda ABŞ-ın kursunda əsaslı dəyişiklik haqqında məlumat yayılanda Tramp belə bir tvit yazıb: “Biz Suriyada İŞİD-i darmadağın etdik, bu da mənim üçün orada iştirak etməyimizin yeganə məqsədi idi”.Trampın bəyanatı administrasiyanın proqnozlarına ziddir. Cari ilin avqust ayında Pentaqon bildirib ki, Suriyada ən azı 14500 İŞİD döyüşçüsü qalıb.“Çox güman, Tramp bu səhər qələbəni elan edəndə həmin kəşfiyyat məlumatları onun yazı masasının üstündə olub”, - terrorizm və ektremizmlə mübarizə məsələləri ilə məşğul olan Yaxın Şərq İnstitutunun direktoru Çarlz Lister deyib. O, qeyd edib ki, Trampın tvitindən cəmi bir neçə dəqiqə öncə İŞİD keçmiş paytaxt Rakkadakı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Suriyada Britaniya və Fransa qoşunları da var və Böyük Britaniya müdafiə nazirinin müavini Tobias Ellvud   Amerika prezidentinin İŞİD-in darmadağın edilməsi ilə bağlı iddiasını təkzib edib: “Qəti razı deyiləm. Bu, ekstremizmin başqa formalarına çevrilib və təhlükə olduğu kimi qalır”,- Ellvud “Twitter”-də yazıb.

Çərşənbə günü Ağ Evin mətbuat katibi Sara Sanders (Sarah Sanders) məsələyə aydınlıq gətirib, qoşunların Suriyadan çıxarılmasının İŞİD ilə mübarizədə “növbəti mərhələnin” başlanğıcı olduğunu deyib və lazım olduğu təqdirdə qüvvələrin geri qaytarıla biləcəyini ehtimal edib.“Beş il əvvəl İŞİD Yaxın Şərqdə güclü və təhlükəli bir qüvvə idi, indi isə ABŞ bu xilafəti darmadağın edib, - Sanders bildirib. – Biz Amerika qüvvələrini geri qaytarmağa başlamışıq, kampaniyanın növbəti mərhələsinə keçirik”.Trampın tvitindən və Ağ Evin bəyanatlarından sonra Dövlət Departamenti mətbuat üçün planlaşdırılmış brifinqi ləğv edib. Əvvəlcə heç bir dəyişikliyin baş vermədiyini israr edən Pentaqon sonra bəyanat verərək, Ağ Evin “İŞİD-ə qarşı kampaniyanın növbəti mərhələsi” haqqında sözlərini təkralayıb. Bununla belə, hərbi qurum təxliyyə prosesinin “hələ təzə başladığını” deyib və tarix ilə bağlı heç bir məlumat verməyib.“Reuters” agentliyi Amerika administrasiyasının nümayəndəsinə istinadən xəbər verib ki, qoşunların çıxarılmasına 60-100 sutka vaxt lazım olacaq.Pentaqon rəhbərliyi bağlı qapılar arxasında hələ də prezidenti qüvvələrin nəzarətdə saxlanılan tədrici çıxışına razı salmağa çalışır. Bu barədə müzakilərlə tanış mənbələr xəbər verib.Postunu tərk etməyə hazırlaşan ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsinin sədri Bob Korker  prezidentlə görüşməli olsa da, son anda heç bir izahat vermədən görüşü ləğv edib.“12 ildir burada işləyirəm, ancaq bir dəfə də olsun qərarların bu şəkildə qəbul edildiyini görməmişəm, - Korker müxbirlərə deyib. – Hansısa bir prezidentin səhər yuxudan ayılıb, heç kimlə məsləhətləşmədən, heç bir hazırlıq keçmədən belə bir qərar verəcəyini təsəvvür etmək çətindir”.Senatorlar Amerika qoşunlarının bütün heyətinin çıxarılıb çıxarılmayacağını soruşduqda, “Bəli, hamısı çıxarılacaq” deyə cavab səslənib.

“Yeni Amerika Təhlükəsizliyi Mərkəzi”nin  elmi əməkdaşı Nikolas Eras deyib ki, çərşənbə günü dağıdılan Rakkada su təchizatı və kanalizasiya sistemini bərpa etməkdə QHT-lərə kömək edən Amerika idarələri ölkəni tez bir zamanda tərk etməklə bağlı plan hazırlamaq tapşırığı alıblar.

“Bu, çıxışın konkret detallarından cavabdeh insanlarla məsləhətləşmədən, tələsik verilən xaotik qərardır, - o bildirib. – Onları qəfil yaxalayıblar”.

“Reuters” agentliyi Dövlət Departamentinin Suriyadakı heyətinin 24 saat ərzində təxliyyə əmri aldığını xəbər verəndə, Amerika Xarici İşlər Nazirliyi “təhlükəsizlik və operativlik səbəblərindən dolayı” şərh verməkdən imtina edib. Dövlət Departamenti əməkdaşları və yardım təşkilatları Rakka və İŞİD-dən azad edilən başqa şəhərlərdə sabitliyin bərpa edilməsində fəal iştirak edirlər.

ABŞ-ın qəfil gedişi o deməkdir ki, Vaşinqton ən yaxın müttəfiqini Suriya Demokratik Qüvvələrini atır. Halbuki kürdlərin başçılığı altında İŞİD döyüşçülərinin istinad bölgələrindən çıxarılmasına əsas töhfəni məhz onlar verib. Türkiyə onları hücumla təhdid edir. Ankara hesab edir ki, PYD-dən olan kürdlər türk torpaqlarında fəaliyyət göstərək PKK döyüşçülərindən heç nə ilə fərqlənmir.

Cümə günü Trampın Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla telefon danışığı baş tutub. Ərdoğan daha sonra bildirib ki, Suriyanın şimal-şərqindəki gərgin vəziyyətlə əlaqədar amerikalı həmkarından bəzi “müsbət cavablar” alıb.Bundan sonra bəyanatla çıxış edən Dövlət Departamenti Türkiyəyə “Patriot” zenit-raket komplekslərinin tədarükünü təsdiqlədiyini qeyd edib. Sanders isə deyib ki, Tramp Ankaranın ABŞ-da yaşayan türkiyəli dissident, keçmiş imam Fətullah Gülenin deportasiya tələbini “nəzərdən keçirəcək”.Tramp əvvəllər də Amerika qüvvələrini Suriyadan dərhal çıxarmaq istədiyini dilə gətirib. Amma onda müttəfiqlər və müşavirlər İŞİD ilə mübarizəni başa çatdırmaq və İranın qarşısını almaq üçün onu qalmağa inandıra biliblər. Tramp administrasiyası hesab edir ki, İŞİD hələ də Suriyada kiçik də olsa, mühüm iştirakını davam etdirir.“Suriya ərazisini İŞİD-dən təmizləmək məsələsində çox şeyə nail olmuşuq, ancaq stabilizasiya mərhələsində bizi hələ çox iş gözləyir”, - ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford deyib. Onun sözlərinə görə, amerikalı hərbçilər İŞİD ilə mübarizə aparacaq yerli 40 min döyüşçünün təlimi üzrə tapşırığın yalnız 20%-ni yerinə yetirib.Suriyanın şimal-şərqində Britaniya və Fransanın kiçik xüsusi təyinatlı qüvvələri yerləşdirilib.Böyük Britaniya müdafiə nazirinin müavini Tobias Ellvud Amerika prezidentinin İŞİD-in darmadağın edilməsi ilə bağlı iddiasını təkzib edib: “Qəti razı deyiləm. Bu, ekstremizmin başqa formalarına çevrilib və təhlükə olduğu kimi qalır”,- Ellvud “Twitter”-də yazıb.Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton (John Bolton) da qərara qarşıdır, amma onun səbəbləri başqadır. Bolton sentyabrda BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı bildirib: “İran qoşunları ölkə sərhədlərindən kənarda olduğu müddət ərzində oranı tərk etməyə hazırlaşmırıq. Bu, İranın əlaltılarına və döyüşçülərinə də aiddir”. Diplomatik mənbələrdən biri deyib ki, preziedntin qərarından xəbər tutan Bolton “cin atına minib”.Niyə Tramp və onun əsas müşavirlərindən fərqli mesajlar daxil olur? Administrasiyanın yüksək vəzifəli məmuru bu sualı başından edərək deyib: “Bu cür qərarı prezident verməlidir və o da verib. Bu, onun səlahiyyətidir”.Əksər hallarda Trampı dəstəkləyən respublikaçı senator Lindsi Qrem (Lindsey Graham) bu dəfə onun qəbul etdiyi qərarı qınayıb. O, bəyanatında bildirib ki, “belə səhvlərə Obama (Barack Obama) yol verirdi, indi isə onları Tramp administrasiyası edir”. Senator həmçinin əlavə edib ki, Amerika qüvvələrinin Suriyada iştirakı  ölkənin milli təhlükəsizlik maraqları üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir.

Müdafiə naziri Ceyms Mettis  də dəfələlər bildirib ki, İŞİD-in yerdə qalan ocaqlarına qarşı müqavimət aparan, Suriyanı İrana güzəştə getmək niyyətində olmadığına dair mesaj verən Amerika qoşunları mühüm milli maraqları müdafiə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266