DÜNYA

Gələn ildən polisin maaşı artırılacaq
20 DEKABR 2018
278

Gələn ildən polisin maaşı artırılacaq

2018-12-20 14:00:00

Fransa Daxili İşlər Nazirliyi və üç əsas polis həmkarlar təşkilatı arasında 2019-cu ildən maaşların artırılması barədə razılıq əldə olunub.

Fins.az Report-a istinadən xəbər verir ki, bu həftənin əvvəlindən polis həmkarlar ittifaqları işçiləri təhlükəsizlik qüvvələrinə çəkilən xərclərin azaldılmasına, ağır əmək şəraitinə qarşı etiraz aksiyaları keçirməyə çağırır. Məsələn, “Alliance Police Nationale” həmkarlar təşkilatı ötən gün polisi bütün iş günü ərzində öz yerlərini yalnız sıradankənar hallarda tərk etməyə çağırıb.

Ötən gün axşam daxili işlər naziri Kristof Kastanüer və dövlət katibi Lorent Nunyes həmkarlar ittifaqlarının nümayəndələri ilə görüş keçiriblər. “Unite-SGP Police-FO” həmkarlar təşkilatının Baş katibi İv Leföbr bildirib ki, imzalanan protokola gərə, 2019-2020-ci illər ərzində maaşların rütbə və staja görə orta hesabla 120-150 avro artırılacaq.

Qeyd edək ki, polisin tələbləri “sarı jiletlilər” hərəkatının irimiqyaslı etirazları fonunda irəli sürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256