DÜNYA

Hava limanında söküntü işlərinin vaxtı dəyişdirildi
19 DEKABR 2018
200

Hava limanında söküntü işlərinin vaxtı dəyişdirildi

2018-12-19 15:11:00

İstanbulun Atatürk hava limanında avadanlıqların sökülməsi və yeni aeroporta daşınması prosesinin tarixi 2019-cu ilin martına keçirilib.

Fins.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, vaxtın dəyişdirilməsi texniki məsələlərlə bağlıdır.

Xatırladaq ki, bir müddət əvvəl nəqliyyat və infrastruktur naziri Mehmet Cahit həmin prosesin bu il dekabrın 30-da başlayacağını demişdi.

Cari il dekabrın 31-i yerli vaxtla saat 00:00-dan İstanbulun Atatürk hava limanından bütün uçuşlar dayandırılacaq və həmin vaxtdan bütün yük və sərnişin daşımaları yeni aeroportdan həyata keçiriləcək.

İstanbulun üçüncü hava limanı şəhərin şimal hissəsində, Terkos gölü yaxınlığında inşa olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264