DÜNYA

“Chevron” gələn il kapital xərclərini 20 mlrd. dollara çatdıracaq
07 DEKABR
62

“Chevron” gələn il kapital xərclərini 20 mlrd. dollara çatdıracaq

2018-12-07 11:31:00

ABŞ-ın “Chevron” şirkəti 2019-cu ildə kapital xərclərini 20 mlrd. dollara çatdırmağı planlaşdırır.

Fins.az-ın Report-a istinadən verdiyi məlumata görə, cari il üçün investisiya planı 18,3 mlrd. dollar təşkil edir.

Şirkətin geoloji kəşfiyyat və hasilat sektoruna investisiyaları 17,3 mlrd. dollar həcmində olacaq. 2018-ci il üçün plan 15,8 mlrd. dollar təşkil edib. Bu vəsaitin 7,6 mlrd. dolları ABŞ-dakı layihələrə yönəldiləcək.

Şirkət bütün dünya üzrə emal sahəsinə 2,5 mlrd. dollar yatırmağı planlaşdırır. Digər layihələrə şirkət 200 mln. dollar yönəldəcək.

"Chevron" həmçinin ABŞ-dakı “Permian” hövzəsindəki layihələrə 3,6 mlrd. dollar vəsait yönəldəcək ki, 2018-ci ildə bu məbləğ  3,3 mlrd. dollar təşkil edib. Digər şist layihələrə şirkət 1,6 mlrd. dollar vəsait ayıracaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256