DÜNYA

İran Prezidentindən Amerikaya sərt sözlər
04 DEKABR
125

İran Prezidentindən Amerikaya sərt sözlər

2018-12-04 15:13:00

Fins.az-ın məlumatına görə İran Prezidenti Həsən Ruhani deyib  “ABŞ İran neftinin ixracını dayandıra bilməyəcək və bizim yanacağımızı satmaqda əngəl yaratsalar, Fars körfəzindən heç kimin neft ixrac edə bilməyəcəyini bilməlidir”. O, ABŞ-ın onların bütün dünya ilə ticarətini əngəlləməyə, regionda təcrid etdirməyə çalışdığını bildirib.“Lakin bütün qeyd olunan sahələrdə ölkəmizin mövqeləri sabitdir, İran xalqı bu qarşıdurmadan qalib çıxacaq”,deyə prezident vurğulayıb.

Qeyd edək ki, bu il noyabrın 5-də İrana qarşı sanksiyalar tətbiq edən ABŞ hökuməti bir qədər sonra bəzi ölkələrin İrandan neft idxal etməsinə razılıq verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255