DÜNYA

Fransa Prezidentinin reytinqi görünməmiş dərəcədə azalıb
04 DEKABR
73

Fransa Prezidentinin reytinqi görünməmiş dərəcədə azalıb

2018-12-04 14:33:00

 Fransa Prezidenti Emanuel Makronun dəstək reytinqi fəaliyyəti müddətinin minimumu olan 23 faizədək azalıb.

Fins.az xəbər verir ki, bunu “İfop” agentliyinin “Paris Match” dərgisi və “Sud Radio” üçün keçirdiyi rəy sorğusunun nəticələri göstərir. 

“Paris Match” yazır ki, sorğunun nəticələrinə görə, hər 10 fransızın 8-i dövlət başçısının siyasətini bəyənmir. Belə ki, E.Makronun reytinqi noyabr ayına nisbətən 6 faiz azalaraq 23 faiz təşkil edir. Eyni dəstək səviyyəsinə 2013-cü ilin dekabr ayında Makronun sələfi Fransua Hollandın malik olduğu vurğulanır.

“Bu göstəricinin onun 2017-ci il aprel ayında keçirilmiş prezident seçkilərinin birinci turundakı reytinqinə həmahəng olduğu rəmzi məna daşıyır”, –  nəşr yazıb.

Xatırladaq ki, noyabrın 17-dən etibarən ölkədə benzinin bahalaşmasına və vergilərin artmasına qarşı kütləvi etirazlar baş qaldırıb.

Eləcə də bax:Fransa hökuməti yeni vergi ödəmələri planını ləğv edib

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255