DÜNYA

"Brexit" təxirə salına bilər
04 DEKABR
71

"Brexit" təxirə salına bilər

2018-12-04 14:30:00

"Böyük Britaniya Avropa İttifaqı (Aİ) üzvlüyündən çıxmaq qərarını birtərəfli surətdə ləğv edə bilər".

Fins.az Report-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Ali Məhkəməsinin müşaviri Manuel Kampos Sançes-Bordona məhkəmə tərəfindən Böyük Britaniyanın Lissabon müqaviləsinin müvafiq maddəsindən imtina edə biləcəyini açıqlanmasını təklif edib.

Qeyd edək ki, Şotlandiyanın bir neçə siyasi xadiminin vəkilləri Böyük Britaniyanın Lissabon müqaviləsinin 50-ci maddəsinə əsasən, Avropa İttifaqının qalan 27 üzv dövlətinin razılığı olmadan üzvlükdən çıxmaq qərarını ləğv etmək hüququnun olub-olmaması barədə Avropa Məhkəməsi qarşısında vəsatət qaldırmışdılar.

Məhkəmə müşavirinin rəyi hüquqi hökm qüvvəsində olmasa da, məhkəmənin yekun qətnaməsini verərkən mütləq nəzərə alınır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256