DÜNYA

Fransada məktəblər bağlandı – SƏBƏB?
03 DEKABR
110

Fransada məktəblər bağlandı – SƏBƏB?

2018-12-03 17:46:00

Fransada davam edən etiraz dalğasına məktəblilər də qoşulub.

Fins.az-ın məlumatına görə, bu gün ölkənin bir çox bölgəsində şagirdlər təhsil sistemindəki islahatlara etiraz edərək məktəb və liseylərə aparan yolu bağlayıb.

Nəticədə bu gün ölkə ərazisində yüzə yaxın məktəb bağlı qalıb.

Məktəblilərin etirtaz aksiyaları paytaxt Parislə yanaşı, Overn-Rona-Alp, Burqundiya, Luara regionlarında, eləcə də Korsika adasında qeydə alınıb.

Qeyd edək ki, Fransada etiraz aksiyaları noyabrın 17-dən başlayıb. Dekabrın 1-də baş vermiş etirazlarda 133 nəfər xəsarət alıb, 400-dən çox şəxs saxlanılıb.

Eləcə də bax:Rusiyada ən yüksək əmək haqqı olan regionlar müəyyənləşib

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256