DÜNYA

İki ölkə arasındakı “atəşkəs” nefti bahalaşdırdı
03 DEKABR
94

İki ölkə arasındakı “atəşkəs” nefti bahalaşdırdı

2018-12-03 15:26:00

ABŞ və Çinin “ticarət müharibəsini” təxirə salmaları ilə əlaqədar bəyanatlarından sonra neft bahalaşmağa başlayıb. Fins.az Oxu.az-a istinadən xəbər verir ki, “Brent” nefti 4,8% bahalaşaraq, 62,30 dollara, ABŞ xam nefti olan “White” isə 53,56 dollara satılır. 

 

Qeyd edək ki, ötən həftə “Brent” neftinin qiyməti 58 dollar, ABŞ neftinin qiyməti isə 49 dollara düşmüşdü.

Məlumat üçün bildirək ki, Çin və Birləşmiş Ştatlar ən azı 90 gün ərzində bir-birinə əlavə ticarət tarifləri tətbiq etməyəcəklərini bəyan ediblər. Bu isə neft alıcılarını aktivləşdirib və nəticədə, neftin qiyməti artıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255