DÜNYA

Putinlə vəliəhdin razılaşmasının neftin qiymətinə ani təsiri
03 DEKABR
323

Putinlə vəliəhdin razılaşmasının neftin qiymətinə ani təsiri

2018-12-03 11:11:00

Fins.az-ın "RBK"ya istinadən verdiyi məlumata görə dünya birjalarında neft Rusiya və Səudiyyə Ərəbistanı arasındakı razılaşmadan sonra 5 faizə qədər bahalaşıb. İCE London birjasında Brent markalı neft 4,91 faiz bahalaşaraq barreli 62,4 dollara yüksəlib.WTI markalı neftin yanvar fyuçersi isə 5,38 faiz bahalaşaraq barreli 53,66 dollara çatıb.

Qeyd edək ki, ötən şənbə Rusiya dövlət başçısı Vladimir Putin bəyan etmişdi ki, Rusiya və Səudiyyə Ərəbistanı OPEK+  sazişini uzatmaqla bağlı razılıq əldə ediblər, lakin dəqiq həcmlə bağlı məlumat yoxdur. 

Müəllif:Aynur Qəniyeva

Eləcə də bax: Qatardan OPEC üzvlüyü ilə bağlı açıqlama

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256