DÜNYA

Gürcüstan ilk dəfə qadın prezident seçdi
29 NOYABR
148

Gürcüstan ilk dəfə qadın prezident seçdi

2018-11-29 09:50:00

Gürcüstan Mərkəzi Seçki Komissiyası noyabrın 28-də keçirilmiş prezident seçkilərinin ikinci turundan sonra bülletenlərin 98,76 faizinin nəticələrini açıqlayıb.

Fins.az  xəbər verir ki, 3705 məntəqədən 3659-nun nəticələri artıq bəllidir.

İlkin rəsmi məlumatlara əsasən seçki dairələrinin böyük əksəriyyətində hakim “Gürcü arzusu” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili qalib gəlib.

Rəsmi məlumata görə, Salome Zurabişvili 59,61 faiz səs toplayıb. Onun lehinə 1 milyon 143 min 111 nəfər səs verib.

Müxalif “Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadze isə 40,39 faiz səs toplayıb. Onu 774 min 468 seçici dəstəkləyib.

Artıq S.Zurabişvili  və tərəfdarları qələbəni qeyd ediblər. Beləliklə, Gürcüstanda ilk dəfə qadın president seçilib.

Konstitusiyaya uyğun olaraq S.Zurabişvilinin andiçmə mərasimi dekabrın 16-da olacaq.

Eləcə də bax: V.Putin: “Bizim dollardan uzaqlaşmaq niyyətimiz yoxdur, dollar özü bizdən uzaqlaşır”

©modern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255