DÜNYA

L.Kudlow ABŞ Çin ilə razılıq əldə etməsə nələr olacağı barədə açıqlama verib
28 NOYABR
93

L.Kudlow ABŞ Çin ilə razılıq əldə etməsə nələr olacağı barədə açıqlama verib

2018-11-28 14:38:00

Fins.az-ın məlumatına görə,Ağ evin İqtisadi siyasət şöbəsinin rəhbəri Larry Kudlow ABŞ prezidenti Donald Trampın Çin prezidenti Şi Cinping ilə Argenyinada baş tutacaq G20 sammiti çərçivəsində baş tutacaq görüşündə razılığa gəlinməsə tariflərin artırılmasına planlaşdırıldığı kimi davam ediləcəyini bildirilib.

Ağ evin İqtisadi siyasət şöbəsinin rəhbəri Larry Kudlow Ağ evdə düzənlənən brifinqdə ABŞ prezidenti və Çin prezidenti Şi Cinpingin bu həftənin sonunda Buenos Aires şəhərində keçiriləcək G20 Zirvəsi çərçivəsində axşam yeməyində görüşəcəyini deyib.Qlobal bazarın marağında olan prezident Trampın bu görüşündə yüksək etimalla razılıq əldə olunacağını bildirən Kudlow deyib ki, “Prezident Tramp buna razıdır ancaq ədalətli və qarşılıqlı ticarət mövzusunda müəyyən şərtlərin təmin olunmalıdır.Məsələn əqli mülkiyyət oğurluğuna və məcburi texnologiya ötürülməsi ilə bağlı məsələlər həll olunmalıdır. Tətbiq olunmağa olunmağa etiyac olmayan tarif və tarifdən əlavə maneələr aradan qaldırılmalıdır.Mülkiyyət hüquqları ilə bağlı problemlər həll olunmalıdır”. Fikirlərinin davamında Kudlow ABŞ iqtisadiyyatının yaxşı vəziyyətdə olmasının Tramp admistrasiyasının uğuru olduğuna işarə edərək bildirib ki, Çin iqtisadiyyatında geriləmələr müşahidə olunur.

Müəllif:Aynur Qəniyeva

Eləcə də bax: http://fins.az/dunya/963152/dtramp-buna-gore-ozune-tesekkur-etdi.html 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256