DÜNYA

Avropa Komissiyası Avropa ittifaqına üzv olan bir sıra dövlətləri cərimələyə bilər
26 NOYABR
82

Avropa Komissiyası Avropa ittifaqına üzv olan bir sıra dövlətləri cərimələyə bilər

2018-11-26 16:59:00

Fins.az-ın məlumatına görə, Avropa Komissiyası Avropa İttifaqına üzv olan bir sıra ölkələrin 2019-cu il üçün dövlət büdcəsi layihəsini qəbul etməyib.Rəsmi Brüsselin fikrincə, bu layihələr vergi və büdcə siyasəti üzrə ittifaq sazişinə ziddir. Bu ölkələrin hökumətləri həddən artıq kəsir nəzərdə tutublar. Baxmayaraq ki, hələ cari ilin iyununda Avropa İttifaqı tərəfindən kəsiri 0,8-0,9% azaltmaq məsləhət görülmüşdü. Maliyyə və iqtisadiyyat məsələləri üzrə avrokomissar Pyer Moskovisi dövlət büdcəsi layihələrinin geri qaytarıldığı Avropa İttifaqına  üzv ölkələrdən yaxın iki həftə ərzində Avropa Komissiyasının qiymətləndirməsi ilə razı olub-olmadıqları barədə məlumat vermələrini tələb edib. Narazılıq olduğu təqdirdə, bu, inzibati cəzaya və hətta maliyyə sanksiyalarına gətirib çıxara bilər

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256