DÜNYA

Türkiyənin e-ticarət saytından “Black Friday” rekordu: Ən çox nə satıldı?
26 NOYABR
131

Türkiyənin e-ticarət saytından “Black Friday” rekordu: Ən çox nə satıldı?

2018-11-26 15:03:00

Türkiyənin qabaqcıl e-ticarət saytı “GittiGidiyor” hər il həyəcanla gözlənilən, bir çox markanın böyük endirimlər təklif etdiyi “Black Friday”də “Süper Cuma” kampaniyası ilə rekordlara imza atıb. 2001-ci ildə qurulan “GittiGidiyor”, “Süper Cuma” kampaniyası ilə 1 gündə bu günə qədər ən yüksək satış rəqəminə və ziyarətçi rəqəminə çatıb. 80% endirimlə, 24 saat ərzində davam edən kampaniyada bəzi məhsullar elə ilk yarım saatda tükənib.

Adambaşına xərc miqdarı 2,5 dəfə artdı

“GittiGidiyor” “Süper Cuma” kampaniyası ilə ümumi satış həcmi ötən ilki kampaniyadan 2 dəfə çox olub. Noyabrın gündəlik satış həcmi ilə müqayisə etdikdə, kampaniya daxilində gündəlik satış həcmi 7 dəfə yüksək olub. Gündəlik ziyarətçi sayında 2 dəfə, adambaşına xərc miqdarında isə 2,5 dəfə artım qeydə alınıb.

Mobil telefonlar endirimə girən kimi satılıb

Cümə axşamını cüməyə bağlayan, gecə saat 00:00-dan sonrakı dəqiqələrdə müştərilərə ana-uşaq məhsullarından, kosmetikaya, dekorasiyadan inşaat, cib telefonundan digər texnoloji məhsullara qədər bir sıra kateqoriyada seçilən minlərlə məhsula endirimlər təqdim edilib. İstehlakçıların endirim günü ən çox aldığı 10 məhsul arasında cib telefonları birinci olub.

Növbəti sırada isə kompüter, televizor, paltaryuyan maşın, elektrikli süpürgə, qabyuyan maşın, qabyuyan maşın üçün yuyucu tozu, uşaq bezi, avtomobil təkəri, it-pişik yeməyi qərarlaşıb. Ən çox alış-veriş edilən ərazilər, İstanbul, İzmir, Ankara olub. İstanbul, İzmir şəhərlərində ən çox cib telefonu, pişik yeməyi, Ankara da isə müştərilər avtomobil təkərini alıb.

Saniyədə 2 məhsul satılıb, alış-verişin 65%-i mobildən edilib

“GittiGidiyor”un mobil tətbiqinin gündəlik orta yükləmə sayı “Süper Cuma”da 3 qat artıb. Alış-verişin 65%-i mobildən edilib. Normalda hər gün platforma üzərindən saniyədə 1 məhsul satılır, amma kampaniya çərçivəsində hər saniyədə 2 məhsulu müştərilər alıb. Platforma “Süper Cuma”da ən yüksək satış rəqəminə isə saat 14:00-15:00 arasında, yəni nahar vaxtı nail olub.

Məsələ ilə bağlı platformanın biznesin inkişafı üzrə direktoru Bülent Elçindeyib ki, istehlakçının büdcəsinə uyğun olan endirimlər təklif etdik: “Sentyabr-oktyabr hər bir şirkət üçün satış ayları hesab olunur. Amma məhsulların qiymətində artımın baş verməsi səbəbindən, istehlakçılar gözləmə mövqeyində idilər. Kampaniyamız müştərilərimiz üçün “göydəndüşmə” oldu”.

Onun sözlərinə görə, komanda satışların ötən ilki kampaniya ilə müqayisədə 2 dəfə artacağını gözləməyiblər: “Bu il də satışda ən az ötən ilki qədər artım olacağını proqnozlaşdırırdıq. “Süper Cuma” kampaniyamız ilə 1 gündə ən yüksək satış rəqəminə çatdıq və rekord qırdıq. Ötən ilki kampaniya ilə müqayisədə 2 dəfə çox satış etdik”, - deyə Bülent Elçin sözlərinə əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256