DÜNYA

Amerikada email qalmaqalı
20 NOYABR
117

Amerikada email qalmaqalı

2018-11-20 22:53:00

Fins.az-ın məlumatına görə bu günlərdə məlum olub ki,Amerika prezidenti Donald Trampın qızı İvanka Tramp rəsmi yazışmaları üçün şəxsi email ünvanını istifadə edir.ABŞ da email qalmaqalı yaşanır.Belə ki, prezident D.Trampın qızı İvanka Trampın Ağ Evin rəsmi yazışmaları üçün şəxsi hesabından istifadə etdiyi məlum olub.İvanka Trampın şəxsi mail hesabından yüzlərlə rəsmi yazışma həyata keçirdiyi rəsmi şəkildə təstiq edilib.İvankanın vəkili Trampın qızının qaydalar barədə məlumatlandırlmadan əvvəl şəxsi mail hesabından istifadə etdiyini deyərək onu müdafiə edib.İvanka Trampın məlumatlandırıldıqdan sonra şəxsi hesabını rəsmi yazışmalar üçün istifadə etdiyini xüsusi vurğulayan rəsmilər,İvankanın maillərində gizli məlumatların olmadığını və hüquqazidd halın olmadığını bildiriblər.

Digər tərəfdən “American Oversight”adlı qrupun üzvü Austin Evers “Tramp ailəsi hüquqi qaydaları kobud şəkildə pozur” deyərək İvanka Trampın keçən il istifadə etdiyi mail hesabının araşdırılmasını tələb edib.Evers çox ciddi problemlərin olduğunu vurğulayaraq ABŞ Konqresinin bu məsələni araşdırmalı olduğunu bildirib

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256