DÜNYA

Bu ölkə Türkiyə istehsalı olan malların ölkəyə girişinə qadağa qoyub
19 NOYABR
230

Bu ölkə Türkiyə istehsalı olan malların ölkəyə girişinə qadağa qoyub

2018-11-19 15:12:00

Fins.az-ın "report"a istinadən verdiyi məlumata görə Livan-Türkiyə Cəmiyyətnin sədri Xalid Tadmori Livan Türkiyə istehsalı olan malların ölkəyə gətirilməsinə qadağa qoyduğunu bildirib.Onun sözlərinə görə, artıq 6 aydır Livanda hökumət qurmaq mümkün olmur, amma baş nazir Saad Hariri nazir vəzifəsinin icrasını müvəqqəti olaraq müxtəlif şəxslərə tapşırıb. O qeyd edib ki, Livanda nazir səlahiyyətlərini icra edən şəxslər isə Türkiyəyə qarşı düşmənçilik siyasəti yürüdürülər. X.Tadmori bildirib ki, Saad Hariri Türkiyəyə qarşı baş verənləri sükütla qarşılayır.Cəmiyyət sədri deyib ki, Livanın iqtisadiyyat və ticarət naziri Raed Xouri Türkiyə istehsalı olan malların ölkəyə gətirilməsinə qadağa qoyulduğunu təsdiqləyib: “Nazir 30 milyon dollarlıq Türkiyə istehsalı olan mallara qadağa qoyub. O, bu qadağanı milli istehsalı qorumaq üçün etdiyinin bildirib. Ancaq Livan Fransa və Səudiyyə Ərəbistanı ilə müqavilə imzalayaraq, hər iki ölkədə istehsal olunan malların vergi ödəmədən daxil ola bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256