DÜNYA

BVF: Hər bir dövlət milli kriptovalyutasını yaratmalıdır
14 NOYABR
102

BVF: Hər bir dövlət milli kriptovalyutasını yaratmalıdır

2018-11-14 17:12:00

Fins.az-ın  "report"a istinadən verdiyi məlumata görə Beynəlxalq Valyuta Fondunun (BVF) sərəncamçı direktoru Kristin Laqard Sinqapurda keçirilən ASEAN zirvə görüşündə deyib ki,"İstifadəsi azalan nəğd pulun yerini doldurmaq üçün mərkəzi banklar milli rəqəmli valyutalarının tətbiqi barədə düşünməlidir". “Bütün dünyada, o cümlədən Kanada, Uruqvay, Çin, İsveç kimi ölkələrdə mərkəzi banklar bu məsələni ciddi araşdırır. BVF kimi onlar da cari dəyişikliklərlə, yeni düşüncə tərzi ilə ayaqlaşırlar”, – K.Laqard söyləyib.O, valyuta və tədiyələrin yeni növləri ilə necə işləmək barədə hələlik qəti qərara gəlmədiyini bildirib.  BVF rəsmisinin fikrincə, mərkəzi banklar müxtəlif çətinliklərlə üzləşə bilər: "Belə ki, məsələn, valyuta istifadəçilərinin adlarını gizli tutmaqla müxtəlif qanun pozuntularının qarşısını almağı uzlaşdırmaq asan olmayacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256