DÜNYA

Fransa prezidentindən etiraf -"Avro hələ ki, Dolların alternativi deyil"
13 NOYABR
132

Fransa prezidentindən etiraf -"Avro hələ ki, Dolların alternativi deyil"

2018-11-13 14:22:00

Fins.az –ın məlumatına görə avronun güclü bir alternativ hala gəlməsinin özü üçün mühüm bir məsələsi olduğunu deyən Macron, Avropanın öz təhlükəsizliyini və suverenliyini "inşa etmək" vaxtının çatdığını bildirib.CNN-ə danışan Fransa Prezidenti Emmanuel Macron, Avronun Dollara alternativ olmadığını, Avropanın hələ də Amerika dollarından həddən artıq asılı olduğunu qəbul edib."Bu günə qədər Avronu Dollar qədər güclü etməkdə uğursuz olduq. Keçmişdə böyük işlər bacardıq, amma hələ də yetərli deyil",- Macron deyib.Avropanın qurumları və şirkətlərinin Dollara çox bağlı olduğunu vurğulayan Fransız lider, "Bu, mənim üçün mühüm bir məsələdir. Buna görə də Avropa səviyyəsində maliyyə təşkilatlarımızla və bütün tərəfdaşlarımızla çox yaxın şəkildə birgə iş istəyirəm ki, Dollardan daha az asılı olaq" deyib. 

Macron, "Belə bir alternativ mütləq Dollara rəqib çıxarmaq üçün deyil" deyərək sözlərinə belə davam edib:"Bu bir-birinə rəqib olmaq anlamına gəlmir. Məncə, qlobal sistemin sabitliyi üçün Dollar kimi güclü bir pul vahidi qədər onun alternativinə də ehtiyac var. Bu alternativlərdən biri də Avro olmalı, bunun üçün də maliyyə strukturlarımızı daha gücləndirməli və oyunçularımızı Avro Zonası səviyyəsində maliyyələşdirməliyik".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255