DÜNYA

Türkiyə ötən ay Cümhuriyyət tarixinin ən yüksək ixrac göstəricisinə nail olub
01 NOYABR
120

Türkiyə ötən ay Cümhuriyyət tarixinin ən yüksək ixrac göstəricisinə nail olub

2018-11-01 12:42:00

Bu ilin oktyabr ayında Türkiyədən ixrcın dəyəri Cümhuriyyət tarixində ən yüksək həddə olub. Fins.az-ın məlumatına görə,"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin ticarət naziri Ruhsar Pekcan məlumat verib. 

Onun sözlərinə görə, ötən ay Türkiyənin ixrac etdiyi məhsul və xidmətlərin ümumi dəyəri aylıq müqayisədə 13,1% artaraq 15,732 mlrd. ABŞ dollarına yüksəlib. Ölkəyə idxal olunmuş məhsul və xidmətlərin dəyəri isə 23,5% azalaraq 16,261 mlrd. dollara düşüb. 

“Oktyabrda ən çox ixrac Almaniya, İngiltərə və İtaliyaya həyata keçirilib. Yeni iqtisadi proqram çərçivəsində Türkiyənin 2018-ci ildəki icracının dəyərinin 170 mlrd. dollara çatacağı gözlənilir”, - nazir qeyd edib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250