DÜNYA

Hərbi xərclər ABŞ-ın iqtisadi artımını sürətləndirib
26 OKTYABR
80

Hərbi xərclər ABŞ-ın iqtisadi artımını sürətləndirib

2018-10-26 14:50:00

Son il yarım ərzində ABŞ-da iqtisadi artımı dövlət büdcəsi xərclərinin, xüsusilə də müdafiə xərclərinin artırılması stimullaşdırıb. 

Fins.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb. 

Məlumatda deyilir ki, ötən ilin aprel ayından ABŞ iqtisadiyyatı 2,9%böyüyüb. Ölkənin Ticarət Nazirliyinin müşahidələrinə əsasən, iqtisadi artımı təşviq edən amillər arasında həmçinin özəl invesitisiyaların, istehlak xərclərinin  və ixrac artması da yer alıb. Hərbi xərclər isə ABŞ-ın ümumi iqtisadi artımını orta hesabla 0,21 faiz bəndi artırıb. 

Respublikaçılar və Demokratlar arasında əldə edilmiş konsensusa əsasən, 2017-2018-ci il maliyyə ilində ABŞ-da müfadiə xərcləri 6% artırılıb. Konqresmenlər hərbi büdcənin cari və növbəti ildə rekord məbləğdə - 300 mlrd. ABŞ dolları artırılmasını təsdiqləyiblər. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258