DÜNYA

Böyük Britaniya və Rusiya qarşılıqlı hesablaşmalarda dollardan imtina edə bilər
15 OKTYABR
130

Böyük Britaniya və Rusiya qarşılıqlı hesablaşmalarda dollardan imtina edə bilər

2018-10-15 16:53:00

Böyük Britaniya və Rusiya zərurət yaranarsa, qarşılıqlı hesablaşmalarda ABŞ dollarından imtina edə bilər. 

Fins.az xəbər verir ki, bu barədə rəsmi Moskvanın Londondakı ticarət nümayəndəsi Boris Abramov bildirib. 

Onun sözlərinə görə, iki ölkənin ödəniş üçün funt sterlinq və rubla keçməsi üçün lazımi infrastruktur var: "İngilis funt sterlinqi dollar və avro kimi sərbəst konvertasiya olunan valyutadır. Rusiya şirkətləri yerli və yaxud xarici banklarda funtla hesab açmaq məcburiyyətində qalmayacaq”.

Rusiya rəsmisi həmçinin bildirib ki, Böyük Britaniya ilə ticarət dialoqu 4 ildir ki, bərpa edilib: "İki ölkənin sanksiya tətbiq olunmayan sahələrdə maraqları eynidir və əməkdaşlıq etməyə hazırıq". 

Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250