DÜNYA

Sabah Türkiyədə vacib göstəricilər açıqlanacaq
08 OKTYABR
193

Sabah Türkiyədə vacib göstəricilər açıqlanacaq

2018-10-08 14:25:00

Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi sabah qiymət artımı ilə mübarizə proqramını açıqlamağı planlaşdırır. Fins.az -ın məlumatına görə, “Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə nazir Berat Albayrak məlumat verib.

“Tərəfdaşlarımızla münasibətlərdəki güclü koordinasiya və əməkdaşlıq hesabına bütün çətinliklərə qalib gəldik. Sabah açıqlayacağımız inflyasiya ilə mübarizə proqramı ilə isə bu dayanıqlılığı qorumağa davam edəcəyik”, - o bildirib.

Nazir həmçinin Türkiyə Banklar Birliyinin kredit ödənişlərində güzəştlə bağlı qəbul etdiyi tövsiyyə xarakterli qərarı da təqdir edib. Qərarda 15 mln. lirəyə qədər bank borclarının 6 ay güzəşt müddəti olmaqla, 24 ay müddətinə geri qaytarılması nəzərdə tutulur. 

Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan Qızılcahamam şəhərində hakim Ədalət və İnkişaf Partiyasının fəalları qarşısında çıxışı zamanı bildirib ki, Türkiyə daha Beynəlxalq Valyuta Fondunun (BVF) kreditlərindən yararlanmaq niyyətində deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255