DÜNYA

Bu Avropa ölkəsində Prezident üsul-idarəsi ləğv oluna bilər
28 SENTYABR
241

Bu Avropa ölkəsində Prezident üsul-idarəsi ləğv oluna bilər

2018-09-28 16:08:00

Moldovada tamamilə parlament idarəçiliyinə keçib Prezident üsul-idarəsini ləğv etmək məsələsi müzakirə edilməlidir". Fins.az-ın məlumatına görə, “Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu əvvəllər dövlət başçısının səlahiyyətlərini bir neçə dəfə icra etmiş parlament sədri Andrian Kandu bildirib.

O, “Moldova-1” televiziyasının efirində deyib: “Ola bilsin, parlament Prezidentin səlahiyyətlərini daha da məhdudlaşdırmağa səs verəcək. Bəlkə də bütövlüklə ölkənin parlament idarəçiliyinə keçməsi üçün Konstitusiya islahatı keçirilməlidir”.

Spiker Prezident üsul-idarəsini ləğv etməklə dövlətin xeyli vəsaitə qənaət edəcəyini dilə gətirib.

A.Kandu hazırda ölkədə əsas söz sahibinin prezident yox, baş nazir olduğunu xatırladıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255