DÜNYA

Rusiya bankı borca görə Ermənistanda mis yatağını müsadirə edir
14 SENTYABR
216

Rusiya bankı borca görə Ermənistanda mis yatağını müsadirə edir

2018-09-14 14:33:00

“Rusiyanın VTB Bankı Ermənistanın “Texut” yatağını borcun qarşılığında götürmək niyyətindədir”. Rusiya bankının nümayəndə heyəti bu məqsədlə artıq Ermənistandadır. Fins.az Report-a istinadən xəbər verir ki, bildirilib ki, “Valleks” şirkətlər qrupuna daxil olan “Texut” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Valeri Mejlumyan yatağı girov qoyaraq bankdan kredit götürüb. Ötən müddət ərzində onun borcu 380 milyon dollara çatıb.

“Qraparak”ın məlumatına görə, bank artıq yatağı müsadirə etməyə başlayıb. Valeri Mejlumyanın da onlarla birlikdə Texuta getdiyi bildirilib.

“Texut” yatağı mis-molibden ehtiyatına görə, Ermənistanda Kacaran yatağından sonra ikinci yerdədir. Bu yataq Ermənistanın şimalında Lori vilayətində, Gürcüstanla sərhədə yaxın Texut kəndində yerləşir. Yatağın mis-molibden ehtiyatı 450 milyon dollar qiymətləndirilir. Orada 100 min tona yaxın molibden, 1,6 milyon ton mis ehtiyatının olduğu bildirilir. 

Eləcədə Bax: Bank Respublika gələcəyin kadrlarını hazırlayır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259