DÜNYA

Rəcəb Tayyib Ərdoğan : "İnflyasiya birrəqəmli səviyyəyə düşəcək"
05 SENTYABR
129

Rəcəb Tayyib Ərdoğan : "İnflyasiya birrəqəmli səviyyəyə düşəcək"

2018-09-05 09:32:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan inflyasiyanın birrəqəmli səviyyəyə düşəcəyini deyib. Fins.az xəbər verir ki, Türkiyə prezidenti ölkəsinin inflyasiya göstəricilərindən danışarkən bu cür ifadə işlədib.  "Turizmdə addımları görürsünüz, 40 milyon turistə doğru gedən bir uğurumuz var. İnvestisiyalar mövzusunda xaricdən sahibkarlar Türkiyəyə girməkdən çəkinmirlər. İxracda yaxşı mövqedəyik. Çətinliyimiz söz mövzusu deyil. Bunları aşacağıq. Nail olacağıq"- deyə o qeyd edib. 

Xatırladaq ki,  Türkiyədə illik inflyasiya 18%-ə yaxınlaşıb. Aylıq inflyasiya isə Avqustda 2,6% olub. Bu bir çox inkişaf etmiş ölkələrin illik inflyasiyalarından belə yüksəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253