DÜNYA

Maliyyə Böhranı hər bir amerikalıya 70 min dollara başa gəlir
16 AVQUST
190

Maliyyə Böhranı hər bir amerikalıya 70 min dollara başa gəlir

2018-08-16 15:58:00

2008-ci ildə baş verən dünya maliyyə böhranın nəticələrini amerikalılar hələ də bərpa edə bilməyib. Böhrandan 10 il keçməyinə baxmayaraq amerikalılar hələ də ziyan çəkirlər. Fins.az xəbər verir ki, bu barədə Bloomberg yazıb.

Federal Ehtiyatlar Bankının apardığı araşdırmalara görə ABŞ-da Ümum Daxili Məhsul hələ də olmalı olduğundan aşağı göstəriciyə malikdir.

FEB –in hesablamalarına görə, 2008-ci ildə baş vermiş böhran hər bir amerikalıya ömrü boyu 70 min dollara başa gələcək.

ABŞ-ın ticarət nazirliyinin hesablamalarına görə, ABŞ-da cari ilin ikinci rübündə ÜDM 4.1% artıb. İllər üzrə ÜDM üzrə artıma baxsaq isə ən çox artımın 2014-ci ildə olduğunu görərik.

ABŞ-ın Büdcə idarəetmə Konqresi bu il ölkədə iqtisadi artımın sürətlə gedəcəyini , 2019-ci ildə isə nəzərə çarpacaq dərəcədə zəifləyəcəyini  hesab edirlər.

2019-cu ildən etibarən isə ABŞ-da ÜDM-in artım tempinin 2.4% qədər azalacağı bildirilir. Buna səbəb isə investisiyaların və dövlət alışlarının azalması olacaq deyə CBO –nun direktoru Kit Holl deyib.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249